dairə

Məxfilik

Son yenilənmə: 19 oktyabr 2026

Bu, Dairə-nin tanıtım saytıdır. Səndən yalnız bir şey ala bilər — “Xəbər ver” formasına özün yazdığın e-poçt ünvanını. Bundan başqa ziyarətlərin ümumi statistikasını görürük. Aşağıda nəyin saxlandığı, nəyin saxlanmadığı və ünvanını necə sildirəcəyin yazılıb.

“Xəbər ver” siyahısı

Formaya e-poçt ünvanını yazıb göndərsən, onu siyahıya əlavə edirik. Hər yazıda bunlar saxlanır:

  • e-poçt ünvanın;
  • göndərdiyin vaxt;
  • səhifənin dili (Azərbaycan və ya ingilis);
  • razılaşdığın bu mətnin tarixi.

Adın, telefonun, IP ünvanın və brauzerin haqqında məlumat siyahıya yazılmır.

Ünvanını nə üçün işlədirik

Dairə açılanda sənə xəbər vermək və açılışdan sonra Dairə-nin yeniliklərini yazmaq üçün. Ünvanını satmırıq, reklam üçün başqasına vermirik və başqa siyahılarla birləşdirmirik.

Sənə yazdığımız hər məktubda siyahıdan necə çıxacağın göstəriləcək.

Harada və nə qədər saxlanır

Siyahı saytın hostinq provayderinin (Cloudflare) verilənlər bazasında saxlanır. Baza saytın fayllarından ayrıdır: onu saytın ünvanından açmaq olmur. Provayder yalnız texniki saxlayıcıdır. Siyahının ehtiyat surətini özümüzdə də saxlaya bilərik.

Ünvanın sən siyahıdan çıxana qədər və ya biz siyahını bağlayana qədər qalır.

Siyahıdan çıxmaq

İstədiyin vaxt aşağıdakı ünvana yaz — e-poçtunu siyahıdan və öz surətlərimizdən silək. Ünvanının siyahıda olub-olmadığını da soruşa bilərsən.

Ünvan siyahıdan silinəndən sonra da provayderin bazanı bərpa etmək üçün saxladığı tarixçədə bir müddət qala bilər — o, provayderin öz qaydası ilə silinir.

Sui-istifadədən qorunma

Forma göndəriləndə server bir mənbədən gələn göndərişləri saymaq üçün IP ünvanından qısa bir nişan çıxarır. Bu nişan IP ünvanının özü deyil və minlərlə fərqli ünvan üçün eynidir — ondan ünvanı geri tapmaq olmur. Sayğac yalnız cari saat üçündür: yeni saatın ilk göndərişində əvvəlkisi silinir.

Formada insanların görmədiyi bir tələ sahəsi də var. Onu yalnız avtomatik proqramlar doldurur və belə göndəriş siyahıya yazılmır.

Ziyarət statistikası

Sayta neçə nəfərin baxdığını görmək üçün hostinq provayderinin (Cloudflare) ziyarət statistikasını (Web Analytics) işlədirik. Onun kiçik skriptini səhifələrə provayder özü əlavə edir. Skript bunları ölçür: hansı səhifəyə baxıldığını, səhifəyə hansı saytdan gəlindiyini, ölkəni, cihazın növünü (telefon və ya kompüter), brauzeri, əməliyyat sistemini və səhifənin nə qədər tez açıldığını.

Skript cookie qoymur, brauzerində heç nə saxlamır və səni ayrıca tanımağa çalışmır. Ölçmələr saytın öz ünvanına göndərilir; provayderin sənədinə görə IP ünvanı onları emal edərkən atılır və saxlanmır. Biz provayderin panelində yalnız ümumi rəqəmləri görürük — kimin baxdığını görmürük. Reklam pikseli və başqa izləmə skripti yoxdur.

Sayt provayderin şəbəkəsindən verilir, ona görə hər sorğunun texniki məlumatı (vaxtı, ünvanı, IP ünvanı və brauzerin adı) onun serverlərindən keçir. Provayder bunu saytı çatdırmaq və qorumaq üçün işlədir və öz qaydası ilə saxlayır.

Cookie və brauzer yaddaşı

Sayt brauzerində heç nə saxlamır: cookie qoymur və yerli yaddaşa yazmır. Səsin açıq və ya bağlı olması və tapdığın sirlərin sayı yalnız səhifə açıq olduğu müddətdə yadda qalır.

“Açıqca kimi saxla” şəkli sənin cihazında yaradır — şəkil heç yerə göndərilmir.

Şriftlər, şəkillər və saytın öz skriptləri saytın öz ünvanındandır; başqa ünvandan yalnız provayderin statistika skripti yüklənir.

Hostinq provayderi saytı hücumlardan qoruyur. Sorğunu şübhəli saysa, yoxlama səhifəsi göstərə və həmin yoxlama üçün öz cookie-sini qoya bilər; adi ziyarətdə belə cookie qoyulmur.

Bu mətn dəyişsə

Mətn dəyişəndə yuxarıdakı tarix yenilənir.

Əlaqə

Suallar və silmə sorğuları üçün: daireteam@gmail.com